Azərbaycan Bitkilər Məlumat Mərkəzi (AZBİMM) layihəsi 2012-ci ildən fikir olaraq ortaya çıxmış, Azərbaycanın müxtəlif sistematikləri ilə fikir mübadiləsi aparılmış və nəhayət 2016-cı ilin aprel ayından layihə olaraq həyata keçirilməyə başlanmışdır. İlk başlarda AZBİMM həyata keçirilmək üçün bütöv bir layihə şəklində elm qrant müsabiqələrinə təqdim edilməyi düşünülsə də hələlik buna müvəffəq olunmamışdır. Müəllif, işin Azərbaycan elmi üçün çox önəmli olduğunu düşünərək AZBİMM-i müxtəlif sahələrdəki elm adamlarının da maddi və mənəvi dəstəyini alaraq layihə olaraq davam etdirməkdədir. Çoxcildli Azərbaycan Florasının köhnəliyi (1950-1961), mövcud elmi tədqiqat müəssələrindəki elm adamları arasındakı informasiya mübadiləsinin lazımı səviyyədə olmaması və informasiya texnologiyalarının sürətlə inkişafı bizləri müasir texnologiyanın yardımını da alaraq daha az vaxtda daha faydalı və çox iş görməyə imkan verir. Bütün bu proseslərdə bizlərdən öz İKT dəstəyini təmannasız əsirgəməyən LOGİX və InnCyber şirkətlərinə xüsusən də layihənin proqram təminatcısı Ramil Rüstəmova təşəkkür etməyi özümüzə borc bildik.