Поиск

AZBIMM

Информационный Центр Флоры Азербайджана

AZBIMM - Информационный Центр Флоры Азербайджана

Azərbaycan Bitkiləri Məlumat Mərkəzində (AZBİMM) sizlər Azərbaycanda rast gələbiləcəyiniz bütün bitki növləri haqqında məlumat əldə edə biləcəksiniz. AZBİMM "Flora Azərbaycan" çoxcildlisindən sonra ən əhatəli bitki layihəsidir.

AZBİMM-in əsas məqsədlərindən biri Əsas Bitki Qrupları adı altında Mamırlar (Bryophytes), Qıjılar (Pteridophytes), Çılpaqtoxumlular (Gymnosperms) və Örtülütoxumlular (Angiosperms) haqqında dəqiq, dolğun və müasir məlumat verməkdir.

AZBİMM-də hal hazırda qəbul edilən bitki adları ilə yanaşı sinonim olmuş bitki adları da verilməkdədir. Azərbaycan Florası yazıldığından bugünə qədər verilən bütün bitki adları burada öz əksini tapmışdır.

AZBİMM-də yazılan latınca bitki adları 3 statusda öz əksini tapmışdır. Belə ki bunları: Qəbul edilmiş, Sinonim və Mübahisəli olaraq adlandırdıq. Mübahisəli növlərin hələdə müstəqil növ olduğu vəya sinonim olduğu öz təsdiqini tapmamışdır.

AZBİMM təbii ki tam və mükəmməl deyil, sizlərin dəstəyi ilə daima yenilənəcəkdir.

Statistik olaraq AZBİMMdə ... sayıda növ verilmişdir ki hal hazırda bunların sadəcə ... sayıdakı qəbul edilməkdədir.